
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.
“29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!”, – deyə paylaşımda bildirilib.