“Rusiyaya məxsus 35 PUA-nı vurduq”

Ukrayna ötən gecə Rusiyaya məxsus İran istehsalı olan 35 pilotsuz uçuş aparatını vurub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələri açıqlama yayıb.

Açıqlamada Rusiyanın ötən gecə Karkov, Xerson, Mikolayiv və Odessa şəhərlərini hədəf alan 16 raket hücumu həyata keçirdiyi, Ukrayna qüvvələri və yaşayış məntəqələrinə 61 hava hücumu və 52 ağır raket hücumu təşkil edildiyi, ölən və yaralananların olduğu bildirilib.

Kiyev meri Vitali Kliçko paytaxt Kiyevdə azı 5 nəfərin yaralandığını qeyd edib.


Share: