“Rusiyanı tərk edən sənətçilərin gəlirləri dondurulsun” — Rusiyalı deputat

“Rusiyanı tərk edən və ona qarşı çıxan sənətçilərin bütün mümkün gəlirləri dondurulmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Dövlət Dumasının deputatı Oleq Matveyçev deyib.

Onun sözlərinə görə, ölkəni tərk edən sənətçilər yoxlanılmalıdır:

“Əgər istintaq zamanı onun cərimələnməsinə ehtiyac olduğu ortaya çıxarsa, cərimə gəlirlərini dondurmaq hesabına ödənilsin”.


Share: