“Rusiyanı dünyadan təcrid edəcəyik” — Avropa İttifaqı

Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib açıqlamalarla çıxış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Josep Borrell jurnalistlərə açıqlamasında Ukraynanı dəstəkləməyə davam edəcəklərini qeyd edib.

O, bildirib ki, Rusiyaya qarşı təzyiqlər getdikcə artacaq:

“Birincisi, Rusiyanı beynəlxalq arenada təcrid etməyə davam edəcəyik. Rusiya iqtisadiyyatına qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirəcəyik. Xüsusilə həmin tədbirləri gücləndirməyə davam edəcəyik. Rusiyaya silah və hərbi dəstək verdiyi bilinən İran və Belarus kimi üçüncü ölkələri də hədəf almağa hazırıq”.

 

 

 

 


Share: