Rusiyalı reper səfərbərlik səbəbindən intihar etdi — Video

Rusiyanın “Walkie” səhnə adı ilə çıxış edən rep ifaçısı İvan Petunin intihar edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, repçi intihar etməzdən əvvəl lentə aldığı videoda Rusiyada qismən səfərbərlik elan olunduğu üçün belə qərar verdiyini qeyd edib.

O, çıxışında Ukraynadakı müharibənin əleyhdarı olduğunu və əlinə silah almaq istəmədiyini deyib.

Petunin həmçinin bildirib ki, Rusiya- Ukrayna müharibəsi başlayandan bəri bütün 7 ay “onun üçün çox ağrılı olub”.

Qeyd edək ki, İvan Petuninin 27 yaşı var idi. Ölümündən yarım gün əvvəl o, yeni albomu “Walk Out Boy 3”ü internetdə yerləşdirib.


Share: