Rusiyalı qarşılıqsız sevgiyə görə məktəbli qızın boğazını kəsdi

Moskva yaxınlığındakı Lvovskidə 16 yaşlı məktəbli qız öldürülmüş halda tapılıb. Cinayət işində onun keçmiş sevgilisi şübhəli sayılır.

Bildirilir ki, 18 yaşlı Mixail Baranov ayrıldıqdan sonra bir neçə ay keçmiş sevgilisini izləyib.

Bəzi məlumatlara görə, Katya ötən ilin yazında internetdə Mixail Baranovla tanış olub. Virtual tanışlıq real həyatda görüşlərə çevrilib. Ancaq iki aylıq tanışlıqdan sonra qız gənc oğlandan imtina edib. Bu sonluq oğlana xoş gəlməyib və o, sevgilisini izləməyə başlayıb. Katya bu barədə dəfələrlə valideynlərinə şikayət edib və onlar polisə məlumat veriblər. Lakin bu, Mixaili dayandırmayıb.

Bir gün əvvəl Baranov yenidən ortaya çıxıb. Məktəbli anasına mesaj yazmağa macaq tapıb. Katyanın məsələdən narahat olan qohumları eyvandan mənzilə daxil olarkən onu mətbəxdə qan içində yerdə uzanmış vəziyyətdə görüblər. Dərhal hadisə yerinə təcili yardım çağırılıb, lakin Katya xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Həkimlər onun bədənində nəfəs borusu və qırtlağın zədələnməsi ilə boyun nahiyəsinə nüfuz edən bıçaq yarasını qeydə alıblar.

Mixail Baranov isti izlərlə saxlanılıb və qətl faktı üzrə cinayət işi açılıb. Hadisənin baş vermə səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Mənbə: starhit.ru

Share: