Rusiyalı qadın dünyanın ən məşhur porno aktrisası oldu

Rusiyalı porno aktrisası Eva Elfi təxəllüsü ilə tanınan Yuliya Romanova “PornHub” saytında böyüklər üçün kino ulduzlarının reytinqinə başçılıq edib. Romanova bu barədə rəsmi “Telegram” kanalında məlumat verib.

O, bu nailiyyətə pərəstişkarlarının səbəb olduğunu vurğulayıb.

Xanımın sözlərinə görə, 4 il əvvəl karyerasına başlayanda o, bütün dünyaya sübut etmək arzusunda olub ki, “sevginin standartları yoxdur və hər kəs uğurlu model ola bilər”. Bu gün, görünür, onun arzusu gerçəkləşib.

“İnanılmaz emosiyalar və dəstəyə görə hamınıza təşəkkür edirəm. Mən yalnız sizə görə və yalnız sizin üçün buradayam”, – deyə aktrisa əlavə edib.

Hazırda Eva Elfinin “PornHub”dakı profilinin 1,9 milyon abunəçisi var və onun videoları ümumilikdə 900 milyon baxış toplayıb.

Mənbə: gazeta.ru

Share: