Rusiyalı müğənni konsert zamanı evlilik təklifi aldı – VİDEO

Müğənni Aleksandr Qreçanik konserti zamanı həmkarı Elvira Tuquşevaya (Elvira T təxəllüsü ilə tanınır) evlilik təklifi edib.

Məlumata görə, xanım ifaçı təkliflə razılaşıb.

“Sən mənim həyatımdakı ən yaxşı nəsnəsən. Mən heç kəsi səni sevdiyim qədər sevməmişəm. Mən həyatımı səninlə yaşamaq istəyirəm”, – deyə Qreçanik Tuquşevaya üzüyü uzadıb.

O, isə təəccübünə baxmayaraq, çox düşünmədən “Mən də səni çox sevirəm. Bəli!”, – deyə cavab verib.

Hazırda Tuquşevanın 28 yaşı var. O, musiqi karyerasına 15 yaşında ikən başlayıb. İndi Elvira yeni bəstələr buraxır, konsertlər verir və sosial şəbəkələrdə fəaldır.

Mənbə: gazeta.ru

Share: