Rusiyalı cütlük kirayə evlərdə 300-ə yaxın miqrantı qeydiyyata salıb

Nijnevartovskdan olan evli cütlük 300-ə yaxın xarici vətəndaşı qeydiyyata salıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional bölməsi məlumat yayıb.

Məlumata görə, üç ay ərzində ər-arvad kirayə götürdükləri iki obyektdə 290 miqrantı yaşayış yeri ilə təmin etmədən saxta qeydiyyata salıblar.

Kirayə evlərdə qeydiyyatda olan əcnəbilərin hər biri Rusiya ilə həmsərhəd respublikanın vətəndaşı olub.

Xidmətlərinə görə evli bir cütlük hər miqrantdan 3,5 mindən 20 min rubla qədər pul aldı.

Qeyd edək ki, son illərdə Rusiyada analoji hallar tez-tez baş verir. Məsələn bir müddət öncə rusiyalı qadının 151, daha əvvəl isə digər bir qadnın 600-dən çox miqrantı pul müqabilində saxta qeydiyatla təmin etdikləri üzə çıxıb.

Mənbə: lenta.ru

Share: