Rusiyadan Türkiyəyə uçuş vaxtı azalacaq

Rusiyanın “Aeroflot” şirkəti Türkiyəyə yeni hava marşrutu ilə uçacaq.

Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sentyabrın 1-dən Türkiyə uçuşlar yeni marşrut üzrə həyata keçiriləcək. Bu, uçuş cədvəlində bir sıra dəyişikliklərə səbəb olacaq.

Belə ki, yeni marşrut sayəsində uçuş müddəti 20-30 dəqiqə qısalacaq.

Mənbə: TASS

Share: