Rusiyadan qaçan deputatları Moskvaya verildi

Gürcüstan Nijeqorod Şəhər Məclisinin deputatları Vladimir Qluşkov və Aleksandr Qluşkovu Rusiyaya ekstradisiya edib.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı Gürcüstan Ədliyyə Nazirliyi yayıb. Məlumata görə, ekstradisiya Gürcüstan Ədliyyə naziri Tea Çulukianinin əmri əsasında həyata keçirilib.

Qeyd edək ki, Qluşkov qardaşları 2018-ci ilin avqustunda Gürcüstanda saxlanılıblar.

Qluşkovlar bundan öncə Moskva tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Hər iki şəxs fırıldaqçılıq və rüşvətxorluqda ittiham olunur.

İlkin Mete Xan

Share: