Rusiyada silah-sursat anbarında güclü partlayış – Foto

Rusiyanın Ryazan vilayətinin Selemişevo qəsəbəsində yerləşən silah-sursat anbarında güclü partlayış baş verib.

Müstəqil.Az  xəbər verir ki, bölgədəki 10 kəndin sakinləri ərazidən təxliyə edilib.

Anbardakı döyüş sursatlarının ardıcıl partlaması nəticəsində güclü yanğın baş verib. Hadisə yerinə çox sayda xilasetmə və təcili yardım maşınları göndərilib. Bundan əlavə, yanğının uzaq məsafədən söndürülməsi istiqamətində də tədbirlər görülür.

Yaşayış məntəqələrinə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

 

Share: