Rusiyada şagird yatmış ananı çəkiclə öldürüb

Volqoqradda 15 yaşlı yeniyetmə anasını öldürməkdə şübhəli bilinir. O, qadını yatarkən çəkiclə vurub.

Kanatçikov prospektində yerləşən evin mənzillərindən birində 42 yaşlı qadının meyiti tapılıb.

“25 yanvar 2023-cü il tarixində səhər saatlarında 15 yaşlı yeniyetmə çəkic götürərək yatmış anasının baş nahiyəsinə 10-a yaxın zərbə endirib. Bundan sonra azyaşlı bıçağı götürərək qadının boynuna bir zərbə endirib”, – Rusiya İstintaq Komitəsinin açıqlamasında bildirilir.

İstintaqın məlumatına görə, bundan sonra şagird polisə zəng edərək evə qayıdarkən anasının öldüyünü gördüyünü bildirib. Lakin oğlanın paltarında və bədənində çoxlu qan izləri aşkar edilib. Yeniyetmə həbs edilib. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: ntv.ru

Share: