Rusiyada repressiya qurbanlarının xatirə kompleksində Stalinin büstü qoyuldu

Tver vilayətində müharibə və repressiya qurbanlarının xatirə kompleksinin ərazisində Stalinin büstü qoyulub.

Hadisə Polşa hərbi əsirlərinin və repressiyaya məruz qalan Sovet İttifaqı vətəndaşlarının dəfn olunduğu “Mednoye” kompleksində baş verib.

Burada İosif Stalin, Vladimir Lenin, Feliks Dzerjinski və Mixail Kalininin abidələrinin yer aldığı sərginin açılışı nəzərdə tutulub.

Tədbirə oktyabrın 19-da start veriləcək.

Bildirilir ki, sərgi Dövlət Mərkəzi Müasir Tarix Muzeyinin və “Mednoye” kompleksinin yeni direktoru Aleksandr Çunosovun rəhbərliyi ilə təşkil olunub.

Mənbə: meduza.io

Share: