Rusiyada liftdə qalan oğlan şaxta ilə dörd mərtəbə qalxıb, yatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada dostunun evinə gedərkən liftdə qalan oğlan plafonu açaraq şaxtaya çıxıb. Şaxtanın içi ilə dörd mərtəbə yuxarı – 12-ci mərtəbəyə qədər qalxıb. Sonra isə yorularaq havalandırma bacasında yatıb.

Oğlanın gəlib çıxmadığını görən dostu fövqəladə hallar xidmətinin işçilərini çağırıb. Onlar 21 yaşlı gənci şaxtada yatmış halda tapıblar.

Mənbə: Mash

Share: