Rusiyada koronavirusun yeni növü yayılıb

Rusiyanın Krasnoyarsk diyarında koronavirusunun yeni ştammı “Cerberus”a  ilk yoluxma halları qeydə alınıb.

Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Krasnoyarsk diyarı üzrə departamentinin rəhbəri Dmitri Qoryayev xəbər verib.

“Son iki həftə ərzində omikronun əvvəllər bizim subyektdə qeydə alınmayan genetik xətləri aşkar edilib – BQ.1.1 (“Cerberus”), BF.7 və BQ.1.2”, – deyə şöbə müdiri qeyd edib.

Qoryayevin sözlərinə görə, regionda koronavirus infeksiyasının “Hipoqrif” (XBB.1) ştammına yoluxma halları daha çox rast gəlinir, amma “kraken” ştammına yoluxma müəyyən edilməyib.

Mənbə: Kommersant

Share: