Rusiyada inqilab, Azərbaycan İrəvanı tutur…

Erməni politoloq Ermənistanı Azərbaycanla dil tapmağa çağırıb

Azərbaycan artıq öz milli maraqlarını dərindən anlayan, müdrik və uzun müddətli siyasəti olan güclü dövlətdir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan baş nazirinin keçmiş köməkçisi, politologiya doktoru Hayk Martrosyan “1in.am” portalına müsahibəsində bildirib.

Erməni politoloq Ermənistanı Azərbaycanla dil tapmağa çağırıb: “Ağıllı adam güclü adama təzyiq göstərməz. O, ümumi dal tapmağa çalışar. Bu gün Azərbaycan regional oyunçuya çevrilir, Ermənistanda bunə rədd edib, kinayə ilə qarşılasalar da, fakt budur ki, bizim düşmənimiz artıq çox göstəricilər üzrə bizdən üstündür və bizdən ötrü ciddi, ölümcül tələlər hazırlayır. Əgər Ermənistan ayılmazsa, öz mövqeyini və davranışlarını radikal şəkildə dəyişməzsə, onun fəlakətlə üzləşməsi qaçılmazdır”, – deyə Hayk Martirosyan vurğulayıb.

Əslində, Hayk Martirosyan dolayısı ilə gələcəkdə Ermənistanın indiki ərazilərinin xeyli hissəsinin – Zəngəzurun və Göyçənin, Dərələyəzin, Vedi və Zəngibasarın Azərbaycanın nəzarətinə keçə biləcəyinə işarə vurur. Ermənistan Qarabağı və ətraf rayonları işğal eləməklə buna hüquqi əsas verir. BMT qətnamələrini və beynəlxalq qurumların çağırışlarına məhəl qoymaması da Azərbayсana müharibə hüququ yaradan amillərdəndir.

Hayk Martirosyanın proqnozlarının tarixi əsası da var. Tarix göstərir ki, ermənilər bütün hazırlıqları olmasına baxmayaraq, Rusiya ordusunun dəstəyi olmadan azərbaycanlıların könüllü dəstələri ilə belə vuruşmağı bacarmırlar. Bunun Birinci Dünya müharibəsindən sonrakı dövr də sübut etdi. 1918-ci ildə cəbhədən 150 minə yaxın silahlı erməni geri qayıtmışdı – İrəvan, Bakı, Qarabağ və s. bölgələr ermənilərin nəzarətinə keçmişdi. Hər bölgədə 30 minə qədər silahlı erməni əsgəri vardı. Azərbaycanı isə cəbhədə 1400 nəfərlik “vəhşi diviziya” təmsil edirdi. Buna baxmayaraq, Azərbaycan xalqı birləşdi və əvvəl Bakını, sonra isə qısa bir müddətdə indiki Azərbaycanın bütün hüquqi ərazisini düşmən işğalından xilas etdi. Çünki Rusiya ordusu bölgəni tərk etmişdi.

Moskva, Puşkin meydanı - 5 noyabr 2017-ci il

Moskva, Puşkin meydanı – 5 noyabr 2017-ci il

Hayk Martrosyan belə bir zamanın gələ biləcəyini vurğulayır. Əgər Rusiyada inqilab olarsa və hakimiyyət demokratik  düşərgəyə keçərsə, bu, baş verə bilər. Dünən Moskvada baş vermiş hadisələr göstərdi ki Rusiyada buna hazırlıq gedir. Rusiyalı siyasətçi Vyvçeslav Maltsev 2013-cü ildən bu yana bildirirdi ki, 5 noyabr 2017-ci ildə Rusiyada inqilab olacaq. Dünən Moskvanın bir çox meydanlarına qoşun yeridilmişdi və Manej meydanında çox sayda nümayişçi həbs edilib. Ekspertlərin çoxu bunu baş tutmayan inqilab deyil, inqilaba hazırlıq kimi dəyərləndiriblər.

Putin Ərdoğan üçün 5 rayonun əvəzinə çox ağır tələb hazırlayıb

Sirr deyil ki, Aleksey Navalnı və tərəfdarları Rusiyada hakimiyyəti devirmək istəyirlər. Onların fikrincə, Rusiya imperialist siyasətdən əl çəkərək güclü və mədəni bir Avropa ölkəsinə çevrilməlidir. Eyni düşərgədən Kseniya Sobçak da prezidentliyə namizədliyini verib və bir çoxları bunun demokratik düşərgəni bölmək üçün Putinin oyunu olduğunu düşünürlər. Hər halda, Vladimir Putin Kseniyanın atası Anatoli Sobçakın komandasındandır.

Amma bəzi ekseprtlər bunu Putinin hakimiyyəti dinc yolla demokratik düşərgəyə yerləşdirdiyi adamlarına ötürmək kimi dəyərləndirir. Çünki Kseniya Sobçakın ətrafında çox güclü komanda formalaşıb. İqtisadçı Vladislav İnozestsev, politoloq Vitali Şklyarov, siyasi texnoloq Aleksey Sitnikov onun seçki kampaniyasına rəhbərlik edəcək. Kseniya da atası Anatoli Sobçak kimi rus imperialzminin düşmənidir.

Əgər hakimiyyətin dinc yolla ötürülməsi indiki seçkilərdə baş tutmasa da, növbəti sekçilərdə mütləq gerçəkləşcək. Rusiya imperiyası da bütün imperiyalar kimi təbii sərhədlərinə doğru ger çəkiləcək. Yəni Ermənistandan və Suriyadan, ola bilər ki, Krımdan və Donbasdan da geri çəkiləcək. Bax onda  Hayk Martirosyanın Ermənistan üçün vəd etdiyi fəlakət dövrü başlayacaq.

Çingiz Rüstəmov / İstiPress  

 

Share: