Rusiyada helikopter qəzası… Ölənlər var – FOTO

Rusiyanın Tambov vilayətində helikopter qəzaya düşüb.

Müstəqil.Az Rusiya mediasına istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan hər iki nəfər ölüb.

Onlardan biri sərnişindir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) vilayət üzrə idarəsinin məlumatına görə, helikopterin qırıntıları Kirsanovski rayonunun Şinovka kəndinin bir kilometrdə tapılıb.

Hazırda qəzanın baş verdiyi ərazidə FHN və İstintaq Komitəsinin nümayəndələri işləyirlər. Növbətçi dispetçer xidmətinin nümayəndəsi bildirib ki, şəxsi vertolyot bir gün əvvəl 20:15-də Borşevka kəndindən Kirsanov şəhərinə uçub. Daha sonra onunla əlaqə itib.

Bu haqda informasiya bu gün 8:45-də FHN-nin vilayət üzrə idarəsinə daxil olub.

Qəzanın baş vermə səbəbləri aydınlaşdırılır.

Share: