Rusiyada baş verən ağır qəzada altı azərbaycanlı öldü – VİDEO

Rusiyanın Qafqaz magistralında baş verən qəza nəticəsində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır.

Bununla bağlı “İnterfax” məlumat yayıb.

Bildirilib ki, qəza zamanı mikroavtobusda 8 nəfər olub.

İlkin versiyaya görə, qəzaya “QAZ-66” markalı avtomobilin sürücüsü sükan arxasında yatması səbəb olub.

08:55

Azərbaycandan Moskvaya gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində altı nəfər ölüb.

“Ren” TV-nin yaydığı məlumata görə, hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb.

Qəza zamanı “Mercedes Vito” və “QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə “QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub.

Hadisə zamanı altı nəfər ölüb, beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Mikroavtobusun Azərbaycandan Moskvaya doğru hərəkət etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: