Rusiya Yaponiya ilə danışıqlardan imtina edir

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Moskva hazırkı şəraitdə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində deyil.

Qeyd olunur ki, Rusiya tərəfi həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan çıxır. Sülh müqaviləsi üzrə danışıqlara “açıq qeyri-dost mövqe tutan və ölkəmizin mənafeyinə xələl gətirməyə çalışan dövlətlə ikitərəfli münasibətlərə dair fundamental sənədin imzalanmasının müzakirəsi mümkün olmadığına görə” dayandırılır.

Rusiya həmçinin Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırmaq qərarına gəlib.

Müstəqil.Az

 

Share: