Rusiya XİN rəhbərinin keçmiş müavini xarici agent elan edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Diplomat, Rusiya xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadze xarici agent kimi tanınıb.

Bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, Kunadze Rusiyanın mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar, habelə ölkənin dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət, həmçinin RF Silahlı Qüvvələrinin hərəkətləri barədə yalan məlumatlar yayıb.

O, bundan başqa xarici strukturların təqdim etdiyi informasiya platformalarında mütəmadi olaraq çıxış edib.

Share: