Rusiya vətəndaşlığını almaq asanlaşa bilər

Rusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığını əldə etmək üçün tələb olunan proseduru asanlaşdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.

Nazir müavini bildirib: “Biz prosesi optimallaşdırmaq üçün lazım olan hər şeyi edəcəyik”.

A.Qorovoy qeyd edib ki, nazirlik ölkəyə uzun müddətli və ya daimi yaşamağa gələn əcnəbilər üçün ən rahat şərait yaratmaq məqsədi daşıyır:

“Biz ölkəmizə gələn yüksəkixtisaslı mütəxəssislərin və ali məktəblərimizdə təhsil alan xarici tələbələrin Rusiya vətəndaşı olmaq istəməsinə ikiəlli razıyıq”.

Share: