Rusiya və Ukrayna arasında danışıqlar videoformatda keçirilir

Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqları videoformatda davam etdirirlər.

Bunu “İnterfaks”a açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəli, danışıqlar videoformatda davam edir, bizim nümayəndə heyətinə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Hələlik təfərrüatları şərh edə bilmirik”, – Peskov əlavə edib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski danışıqların keçmiş “Belovejsk formatı”nda olub-olmaması ilə bağlı suala müsbət cavab verib.

Müstəqil.Az

Share: