Rusiya və Belarus Olimpiya Oyunlarından kənarlaşdırıla bilər

Rusiya və Belarus Olimpiya Oyunlarından kənarlaşdırıla bilər

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın idman və turizm naziri Kamil Bortniçuk bildirib.

“Əminəm ki, fevralın 10-da keçirilməsi planlaşdırılan görüşdə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yaponiyadan ibarət olan 40-dan çox idman naziri Rusiya və Belarus idmançılarına Olimpiada Oyunlarında iştirak etməyə icazə verməyəcək”, – deyə Bortniçuk bildirib.

O, bütün beynəlxalq idman təşkilatları və federasiyalarını müharibə bitənə qədər Rusiya və Belarus idmançılarını beynəlxalq yarışlardan uzaqlaşdırmağa çağırıb.


Share: