Rusiya sülhməramlıları Xankəndi-Qorus yolunda hərəkətin bərpası ilə bağlı danışıqları davam etdirir

Rusiya sülhməramlılarının komandanlığı Xankəndi -Qorus yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb. Ağdərə, Qocavənd və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib.

“Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir”-deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Müstəqil.Az

Share: