Rusiya Rumıniyada NATO bazasının tikintisi ilə bağlı hərbi riskləri qiymətləndirəcək

Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda hərbi mövcudluğunun güclənməsindən narahatlığını ifadə edərək, alyansın Rusiya Federasiyası ilə mümkün münaqişələrə hazırlığına işarə edib.

-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, Rusiya Rumıniyada NATO bazasının tikintisi ilə bağlı riskləri qiymətləndirəcək və hərbi planlaşdırma zamanı bunları nəzərə alacaq.

“NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti müttəfiqləri Rusiya ilə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır. NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti təxribat xarakterlidir və Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır”, deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

Share: