Rusiya ötən ilin oktyabrından Ukraynanın 505 kv. kilometr ərazisini ələ keçirib

Rusiya 2023-cü ilin oktyabrında hücum əməliyyatlarına başlamasından sonra Ukraynanın 505 kvadrat kilometr ərazisini ələ keçirib.

xəbər verir ki, bu barədə Beynəlxalq Müharibə Araşdırmalar İnstitutunun məlumatında qeyd olunub. Bildirilib ki, təkcə bu ilin 1 yanvar – 28 mart tarixləri ərzində Rusiya qüvvələri 100 kvadrat kilometrdən çox ərazini ələ keçirib. Qeyd olunub ki, Rusiyanın döyüş meydanında kiçik nailiyyətlər əldə etməsi Ukraynanın ABŞ-dan gözlədiyi gecikən hərbi yardımlar fonunda üzləşdiyi sursat çatışmazlığı ilə əlaqədardır.

“Material çatışmazlığı davam etdikcə Ukraynanın zəifliklərindən istifadə imkanları genişlənəcək”, – məlumatda qeyd olunub.

Share: