Rusiya ordusunun itkiləri açıqlandı

Ukraynada 12 gün ərzində davam edən müharibədə Rusiya tərəfi böyük döyüş itkiləri verib. Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri təxminən 12 min rusiyalı əsgərini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya tərəfinin ümumi döyüş itkiləri:

• şəxsi heyət – təxminən 12 min nəfər,

• tanklar – 303 ədəd,

• zirehli döyüş maşınları – 1036 ədəd,

• artilleriya sistemləri – 120,

• raket sistemləri – 56,

• hava hücumundan müdafiə sistemləri – 27,

• təyyarə – 48,

• helikopterlər – 80 ədəd,

• avtomobil avadanlığı – 474,

• gəmilər / qayıqlar – 3 ədəd,

• yanacaq və sürtkü materialları ilə sisternalar – 60,

• PUA-lar – 7.

 

Müstəqil.Az

Share: