Rusiya Odessanı raket atəşinə tutub, 16 nəfər ölüb, 55 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 55 nəfər isə yaralanıb.

xəbər verir ki, bunu Odessa vilayətinin administrasiyası bildirib.

Raket zərbələri zamanı yanğınsöndürənlərin də həlak olduğu bildirilib.

***

16:20

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 46 nəfər isə yaralanıb.

xəbər verir ki, bunu Odessa vilayətinin administrasiya rəhbəri Oleq Kiper deyib.

O, ərazidə xilasetmə işlərinin davam etdiyini bildirib.

***

16:05

Rusiya Silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

xəbər verir ki, bu barədə Odessa vilayət prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, bu ilkin məlumatdır, ölən və yaralananların yekun sayı, eləcə də dağılan, zədələnən tikililərin tam siyahısı barədə məlumatlar hazırlanır.

Share: