Rusiya millisi 2022-ci ildə ilk oyununa çıxdı

Rusiya millisi 2021-ci ilin noyabrından 14-dən sonra ilk dəfə oyuna çıxıb.

“Qafqazinfo” xəbər verir ki, komanda Bişkekdəki Dolon Omurzakov adına stadionda Qırğızıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Qırğızıstan – Rusiya – 1:2

Qollar: Şukurov, 24 (1:0), Sobolev, 30-pen (1:1), Utkin, 89 (1:2)

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən UEFA yığmanı bütün beynəlxalq turnirlərdən kənarlaşdırıb. Ancaq qurum millinin keçirəcəyi yoxlama oyunlarına qarışmayacağını bildirib.


Share: