“Rusiya kimyəvi silahdan istifadə edə bilər” — Britaniyalı nazir

“Rusiya kimyəvi silahdan istifadə edə bilər”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

O qeyd edib ki, bu, Ukraynanın əks-hücum əməliyyatı uğurlu olarsa və Kiyev öz ərazilərini geri ala bilərsə, baş verəcək.

“Biz Rusiya hərbçilərinin və Putinin davranışlarına həmişə ayıq olmalıyıq”, – deyə Uolles vurğulayıb.


Share: