Rusiya İrəvanın təhqirlərinə dözür: Kreml cavab verməlidir – Rus politoloq

Rusiyanın Ermənistanın çıxışlarına cavab vermək vaxtı çatıb.

Müstəqil.Az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Andrey Yepifantsev paylaşıb. Onun sözlərinə görə, Moskvanın Ermənistana verəcəyi cavabın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılması səviyyəsində radikal olması vacib deyil:

“İrəvana cavab onun əlindən KTMT baş katibliyinin alınması, yeni razılaşdırılmış hərbi kreditdən məhrum edilməsi, Bakıya ən müasir ağır silahların verilməsinin yenilənməsi, Paşinyana danışıqlar prosesinə Qarabağı ayrıca tərəf kimi qatmaq cəhdlərinə rədd cavabının verilməsi şəklində ola bilər. Qoy bu zaman erməni yoldaşların özləri gələn dəfə hansı maraqları (öz daxili siyasi maraqları, yoxsa üzərlərinə götürdükləri öhdəlikləri əsas tutaraq – A.Yepifantsev) üstün tutaraq hərəkət edəcəklərini müəyyən etsinlər. Bu, xüsusi olaraq, onların öz seçimləri olmalıdır”.

Yepifantsev son hadisələrin Ermənistanla Rusiya, Avrasiya İttifaqı və KTMT arasında ziddiyətlərin artmasına şahidlik etdiyini bildirib:

“Ermənistan bu qurumların maraqlarına uyğun olmayan, hətta bəzən təhqir və hörmətsiz yanaşan siyasət yürüdür. Mənim fikrimcə, bu, İrəvanın israrlı şəkildə iki stulda (reallıqda isə daha çox – A.Y.) oturmaq istəyi və Rusiya ilə adı çəkilən bloklar üçün özünün önəminə dair həddən artıq şişirdilmiş anlayışa sahib olmasıyla bağlıdır. Buraya həm də Ermənistanda sürətlə artan antirusiya əhval-ruhiyyəsi, Moskvaya qarşı iddialar və şikayətlər, müxtəlif formada antirusiya mahiyyəti daşıyan çoxlu sayda skandallar, ideoloji ziddiyətlər və digərləri aiddir”.

İlkin

Share: