Rusiya: Hərbçilərimizə qarşı bu hərəkət qəbuledilməzdir

Suriyadakı genişmiqyaslı hava hücumlarının rus əsgərlərinin həyatlarını təhlükəyə atması qəbuledilməzdir.

Müstəqil.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İsrailin Suriyadakı hücumları ilə bağlı açıqlamasında qeyd olunub. Rusiya tərəfləri ifrata varmamağa çağırıb:

“Suriyadakı hücumlardan və hadisələrin inkişafından ciddi narahatlıq duyuruq. Suriya torpaqlarındakı şiddətin azaldılmasında önəmli faktorlardan olan gərginliyi azaltma bölgəsi və ətraf ərazilərdə gərginliyin artması təhlükəsi də narahatlıq doğurur. Tərəfləri soyuqqanlı olmağa və Suriyadakı vəziyyətin daha da pisləşməsinə səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırırq. Suriya və bölgədəki digər ölkələrin müstəqillik və ərazi bütövlüyünə şərtsiz olaraq hörmət edilməsi gərəkdiyini düşünürük”.

Qeyd edək ki, İsrail ordusu bir müddət əvvəl Suriyanın hava hücumundan müdafiə sistemlərinə və İrana məxsus bölmələrə güclü aviazərbələr endirib.

Müstəqil.Az

Share: