Rusiya hərbçiləri Azərbaycan, Albaniya və Sloveniya konsulluqlarının binalarını dağıdıblar

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyası silahlı qüvvələrinin Ukraynadakı Azərbaycan, Albaniya, Yunanıstan və Sloveniya diplomatik nümayəndəliklərin binalarını atəşə tutmasını pisləyən bəyanat yayıb.

XİN Rusiyanın diplomatik nümayəndəliklərinin binalarına silahlı hücumunun beynəlxalq humanitar hüququ, Diplomatik və Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyalarını kobud şəkildə pozduğunu vurğulayıb.

Bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Rusiyanı Ukraynada mülki hədəfləri atəşə tutmasına, nəticədə mülki şəxslərin, o cümlədən uşaqların həlak olmasına və yaralanmasına görə qınamağa çağırır.

Müstəqil.Az

Share: