Rusiya Ermənistana pulsuz qrad əleyhinə raket sistemi verdi

Rusiya Ermənistana “Antiqrad” qrad əleyhinə raket sistemi verib. 

Məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib: “Bu stansiya radiolokasiya sistemi siqnalı ilə işləyəcək”.

Məlumata görə, Ermənistanın föqəladə hallar naziri David Tonoyan yeni sistemin quraşdırıldığı Araqtsotn vilayətinin Artaşavan kəndində olub.

Share: