Rusiya erməni naziri öldürmək istəyib – Şok

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Valeri Şaytanovun əsas hədəfi açıqlanıb.

Müstəqil.Az  xəbər verir ki, bu məlumatı ukraynalı jurnalist Dmitri Qordon yayıb.

“Mənim mənbələrim təsdiqləyir ki, Adam Osmayevin (keçmiş çeçen döyüşçü, Ukraynadakı könüllü çeçen hərbi dəstələrinin rəhbəri – red.) qətli Şaytanov üçün məşq idi. Ona Ukrayna Daxili İşlər naziri Arsen Avakovu məhv etmək əmri verilmişdi”, – deyə o bildirib.

Qeyd edək ki, general-mayor Valeri Şaytanov Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı.

Müstəqil.Az

Share: