Rusiya Cənubi Qafqazda yeni layihələr həyata keçirəcək

Rusiya Cənubi Qafqazda konkret layihələrin həyata keçirilməsi üzərində işləyir.

 “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, qeyd edib ki, layihələr iqtisadi və nəqliyyat potensialının ortaya çıxarılması xarakteri daşıyır:

“Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi Üçtərəfli İşçi Qrup regionda kommunikasiyaların açılması üçün xeyli iş görüb. Rusiya tərəfinin fəal iştirakı ilə Azərbaycan və Ermənistan xalqları arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır”.


Share: