Rusiya büdcəsində böyük kəsir yarandı

2022-ci ildə Rusiyanın büdcə kəsiri 3,3 trilyon rubla və ya ÜDM-in 2,3%-nə çatıb və ölkə tarixində ən böyük kəsirlərdən biri olub.

Maliyyə naziri Anton Siluanov hökumətin iclasında qeyd edib ki, ötən il ölkə öz gəlir planını artıqlaması ilə yerinə yetirib, ümumi məbləğ, demək olar ki, 28 trilyon rubl təşkil edib ki, bu da nəzərdə tutulandan 2,8 trilyon rubl çoxdur.

Onun sözlərinə görə, bu, neft və qaz gəlirləri hesabına, enerji qiymətlərinin artması və qeyri-neft və qaz gəlirlərinin artımı hesabına əldə edilib.

Öz növbəsində, Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, xərclər 31 trilyon rubldan çox olub.

“Biz xərclərin maliyyələşdirilməsi üçün əlavə resurslardan istifadə etdik, həmçinin maliyyə bazarından cəlb edilən vəsaitlərin həcmini artırdıq. Nəticədə büdcə kəsirimiz artaraq 3,3 trilyon rubl və ya ÜDM-in 2,3%-ni təşkil edib”, – nazir bildirib.

Qeyd edək ki, illik 3,3 trilyon rubl büdcə kəsiri Rusiya Federasiyası tarixində ən böyük kəsirlərdən biridir. Yalnız 2020-ci ildə, ölkədə koronavirus pandemiyası başlayanda və məhdudiyyətlər tətbiq edildikdə maliyyə kəsiri 4,1 trilyon rubla çataraq daha böyük olub.

Mənbə: rbc.ua

Share: