Rusiya Baş nazirinin müavini Azərbaycana gəlib

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Azərbaycanda səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, baş nazirin müavini Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Rusiya-Azərbaycan-İran işçi qrupunun iclasında iştirak etmək üçün Bakıya gəlib. 

O, həmçinin bildirib ki, bu ilin sonuna qədər bir sıra yüksək səviyyəli səfərlər və təmaslar planlaşdırılır.

“Bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın bütün sahələrinə toxunulacaq. Ümid edirəm ki, bütün bunlar həyata keçiriləcək. Növbəti regionlararası forumun Bakıda keçirilməsi planlaşdırılır”, – Zaxarova bildirib.


Share: