Rus qadınlarının sevdiyi kişi obrazı kimlərdir?

Rus qadınlarının sevdikləri kişi obrazı məlum olub.
Moderator.az xəbər verir ki, Rusiya ictimaiyi araşdırma mərkəzindən Levada Centerin keçirdiyi sorğuda Rus qadınlarının böyük hissəsinin kişilərdə ən çox istedada və pul qazanmalarına önəm verdiyi ortaya çıxıb.
 Levada Center 7-12 Mart tarixlərində Rusiyanın 52 regionundan 1600 nəfərin iştirakı ilə sorğu keçirib.
 Sorğuda iştirak edən qadınların 51% -i kişilərdə ən çox zəkaya əhəmiyyət verdiyini söyləyib.  İştirakçıların 42%-i pul qazana bilən, 37%-i isə bitərəf olduğunu bildirib.
Sorğuya görə, kişinin yaraşıqlı olması Rus qadınları üçün arxa planda qalır.
 İştirakçıların 1%-i kişilərin cinsi mənada cəlbedici görünməsini, 5%-i də xarici görüşünün əhəmiyyətli olduğunu deyib.
Müstəqil.Az
Share: