Rus qadın: “Bunlardan döyüşçü olar? Hamısı sərxoşdur” – VİDEO

Rusiyada səfərbərlik əmrinin icrası davam etdirilir.

Rusiya Müdafiə Nazirliyi səfərbərliyə döyüş təcrübəsinə malik şəxslərin, həmçinin ehtiyata buraxılan hərbçilərin ordu sıralarına cəlb olunacaqlarını bildirsə də, sosial şəbəkələrdə yayılan görüntülər bunun əksini göstərir.

Yayılan kadrlarda sərxoş vəziyyətdə olan çağırışçıların bir-biri ilə əlbəyaxa davaya çıxdıqları əks olunub.

Oradakı qadınlardan biri isə: “Bunlardan döyüşçü olar? Hamısı sərxoşdur”, –  deyə irad bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Mənbə: Nexta Live

Share: