Rus politoloq: Ukraynanın məhvi qaçılmazdır

Hazırki hakimiyyətin yazmağa çalışdığı saxta tarix əsasında Ukrayna vahidləşə bilməz. Bu səbəbdən ölkənin süqutu qaçılmazdır.

Müstəqil.Az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Vitali Tretyakov deyib.

“Çoxmillətli bir ölkə quruldu. Bu ölkəni qoruyub-saxlamağa çalışanlar hətta milliyətçi ukraynalılar olsalar belə, onlar digər qismin ideologiyasını, dil imkanlarını məhdudlaşdırmamalıdırlar. Əksinə, maksimum orta nöqtə tapılmalı və milliyyətçilik dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəldilməlidir. Lakin hazırda Ukrayna rəsmiləri tam əksini edir”, – deyə politoloq “60 dəqiqə” verilişində bildirib.

Müstəqil.Az

 

Share: