Rumıniya 50-dən çox rusiyalı diplomatı ölkədən qovur

Rumıniya hakimiyyəti 30 gün ərzində Rusiya səfirliyinin əməkdaşlarının 50 nəfərdən çox ixtisar edilməsini tələb edib.

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Xarici İşlər Nazirliyi bildirir ki, nazir Boqdan Aureskunun xahişi ilə Rusiyanın Buxarestdəki səfiri 8 iyun 2023-cü ildə Rumıniya hökumətinin diplomatik və texniki-inzibati heyətin ixtisarına dair qərarı barədə məlumatlandırılıb. Qərara əsasən, Rusiyanın Rumıniyadakı nümayəndəliyinin ştat sayı Rusiyadakı Rumıniya nümayəndəliyinin diplomatik və texniki-inzibati heyətinin sayı ilə uyğunlaşdırılacaq”, – deyə XİN-dən yayılan məlumatda qeyd edilib.

Mənbə: TASS

Share: