Ruhi xəstələrə məktub

Avropaya, Asiyaya dəhlizləri olan müstəqil Azərbaycanın nəinki yanacaq resurslarında… həmçinin onun ən adi yarpağında, böcəyində belə beynəlxalqmiqyaslı strateji maraqlar yar. Bu gün müsəlman aləmindəki insan artımı aparıcı dövlətləri narahat edir.

 

Azərbaycan da bu narahatçılığın artıq məngənəsindədir və bu imkan vermir ki, Azərbaycan özünü sərbəst idarə etsin. Öz qanunları ilə, milli mentalitetilə özünə arxa olsun, yaşasın. Azərbaycanda milli təhlükəsizliyimizin təminatçısı kimi, bazası kimi kəşfiyyat və əks-kəşfiyyat haqqında qanun da qəbul olundu. Bu qanunlar prizmasından Azərbaycana nəzər salaq. Bizi nələr gözləyir?

Məsələn, Beynəlxalq oliqarxiyanın baş strukturu – Kameqi fondunun Nyu-Yorkdakı ofisində yerləşən Beynəlxalq Münasibətlər Şurasının ən fəal funksionerlərindən biri olan Kissincer (o,bir neçə dəfə Azərbaycanda olub – R.N.) bir zamanlar zindanda olan, öz xalqının azaldılması siyasətini yeritmək istəməyən Pakistan lideri Bhuttonu ziyarət edir və onu çox kəskin şəkildə hədələyir: “Mən sizə və öz ölkəsinin möhkəmləndirilməsi siyasətini yeritmək istəyən şəxslərin hamısına elə dərs verəcəyəm ki, onun dəhşəti heç vaxt yadınızdan çıxmayacaq”.

H.Kissincerin belə hədələri yalnız Amerika siya¬sətinin tərkib hissəsi deyil. Bu, bütövlükdə müasir “tllominatların” siyasəti idi.

Pakistan liderinin faciəli sonluğu yaxşı məlumdur.

Hertsoninin Amerikada deyil, Avropada and içib verdiyi şahidlik ifadəsi sayəsində hamı bildi ki, Aldo Moronun faciəli şəkildə həlak olmasının arxasında Kissincer dayanıbmış.

Kissincer Moronu onun oteldəki nömrəsində, İtaliya liderlərinin ABŞ-a rəsmi səfəri zamanı hədələmişdi. (Aldo Moro NATO-ya daxil olan ölkənin Baş naziri və xarici işlər naziri idi. Belə adamlar heç vaxt mafiya stilində təzyiqə və hədəyə məruz qala bilməzlər). Buna baxmayaraq xanım Eleonora Moro Kissincerin sözlərini olduğu kimi dəqiqliklə təkrarlamışdı:

“Ya siz öz siyasətinizdən əl çəkirsiniz, ya da o sizə çox baha başa gələcəkdir”.

Moronun qatillərinin məqsədi onu “Roma klubu”nun ölkənin sənayesizləşdirilməsi və əhalisinin azaldılmasına dair” təlimatlarına tabe etməkdən ibarət idi.

Beynəlxalq oliqarxiya klanlarının təsəvvürünə görə, yer üzündə ən yaxşı sülh ideyası ona gətirib çıxarır ki, məhdud ehtiyatları faydasızcasına mənimsəyən milyardlarla “ağız-istehlakçı” saf-çürük edilir və məhv olunur. Sənayenin tərəqqisi isə əhalinin artımına səbəb olur, ona görə də, Varlıq kitabının müqəddəs kəlamı – “doğub-törəməli və torpağı əkib-becərməli” dəyişdirilməlidir. Dünya daha yaxşı və az olmalıdır, indi olduğundan da çox az.

Kissincer yetmişinci illər ərzində “Krallığın beynəlxalq işlər institutunun” səlahiyyətli nümayəndəsi qismində kommunist Kremllə sıx əlaqə saxlamışdır. Onun Moskvadakı dostları müntəzəm olaraq “qlobal modelləşmə” haqqında məruzələr alırdılar.

“Roma klubu”nun üzvü Harland Klivlend dünyanın üçüncü ölkələrinə dair məruzə ilə çıxış edib. Həmin məruzə həyasızlığın ən ali nümunəsidir: “Əhalinin hansı hissəsini azaltmağın gərək olduğunu üçüncü dövlətlər öz aralarında özləri ayırd etməlidirlər”. Tədricən yer üzündən silinən Dağlıq Qarabağ sakinlərini – azərbaycanlıları göz önünə gətirin.

Onların dünya əhalisinə baxışları, öz ruhuna görə məşhur olan, son zamanlar populyarlaşan Maltusun nəzəriyyəsinə yaxındır. Moskva yer üzündə əhalinin artımını yerin təbii imkanlarından asılı qoymaqla sübut etməyə çalışırdı ki, əhalinin sayı çox ciddi nəzarətə alınmalıdır və planetin resursları ilə nisbətdə götürülməlidir (Baxın, bu gün 156 milyonluq Rusiyadan cəmi 139 milyon nəfər qalır. Yeri gəlmişkən, Maltusun əsasnaməsini “SS” qanunları layihələrinihazırlamış gizli Magiya ordeni – “Anenərbe”nin mistik ehkamçıları həvəslə işlətmişlər).

Tarix göstərdi ki, kommunizm Amerika üçün həqiqətən böyük təhlükədir və bu problemin kökləri Moskvadadır. Gerçəklikdə isə iş tamamilə başqa cüridi. Ən çox təhlükə bizim sıralarımızda olan satqınlar kütləsindən gəlir. Konstitusiyamız bizi, düşmənlərimizi öz xüsusi evimizdə tapıb aşkar etməyə çağırır.

Xalqımız apatiya və biganəlik xəstəliyinə tutulmaqda davam edir – bu, bizə qarşı aparılan uzunmüddətli terrorizmin, işğalçılıq siyasətinin, müharibənin nəticəsidir.

Zibil qutusundan tapdığım kağız parçası… Onu Adil müəllim adlı birisi yazmışdı: “…Mən isə “dəli” olaraq düşündüm. Lap dəli kimi düşündüm. Və bir gün qonşumuzdan xahiş elədim. Yalvardım, yaxardım ki, mənim adımdan Prezidentə məktub yazsın. O da yazdı. Amma ağlaya-ağlaya yazdı. Mənim qəhrəman oğlum. Qonşum Adil kişi dəli olub. Ona hamı dəli deyir. Nə üçün? onun üç oğlu, iki qızı Qarabağda şəhid olub. Ona dəli demək olarmı? Məsələn, Adil müəllim bir gün qabağımı kəsib dedi: “Məktub yazdın? Sənə demişdim. Dedim: yazdım. Dedi: – yaz ki, oğlum Şərəf şəhid olmasaydı, ortancıl oğlum Şöhrət itkin düşməsəydi, qızım Namus boğazından asılmasaydı… Balaca qızım Ləyaqət ölməsəydi… Mənə dəli deyən olardımı? Olmazdı… yox, olmazdı”.

Şərqi Londondakı Mikrobiologiya Araşdırmalar İnstitutunda alimlər belə bir nəticəyə gəliblər ki, insan orqanizminə təsir edən, onu çürüdüb sıradan çıxaran bakteriyaların bir qismi güclə müşahidə olunan “mikroorqanizm” şəklində yağış buludlarında gizlənir və yeri gələndə həmin buludları hərəkətə gətirir, bir yerdən başqa yerə aparır. Yəni həmin mikroorqanizmlər yağış suları vasitəsilə istənilən regiona tökülə bilər.

Bu qənaətə institutun professoru Brus Moffet gəlib. O, həm də İngiltərənin Oksfodisir qraflığı ərazisində bu təcrübənin nəticələri haqqında ilkin məlumatlarını verib. Deməli, hər yağan yağışdan sonra çiçək dərmək, yaşıl ormanlar və meşələr gözləmək… lazım deyil. Professor Brus Moffetin elmi-tədqiqat laboratoriyasında bir neçə regionla yanaşı strateji cəhətdən həmişə maraq dairəsində olan Azərbaycan ərazisindən aparılan yağış suları da var. Çünki dünya alimlərinin tədqiqatlarında, məsələn, Astara şəhəri Pezaroilə (İtaliya), Lənkəran-Masallı yaşayış məntəqələrinin iqlim mühiti Şimali Amerikanın Kemberlend çayı hövzəsi ilə (Tennesi ştatı) və onun ətrafındakı dağətəyi yamacları ilə, eləcə də Talış dağlarının Syera-Nevada dağları ilə eyni mikroiqlim zonasında olması və yaxud Cəlilabad-Biləsuvar əraziləri Yeni Kastiliya (İspaniya) və Dandi ərazisi ilə (İngiltərə)… müqayisə olunur. Məsələn, Lənkəranda bir qızılgülün çiçəklənməsi üçün il ərzində 700 mm yağıntı tələb olunur. Cəlilabadda isə bu, 300 mm-dir… Lakin ayrı-ayrı regionlardan yağış buludlarına çökdürülən zərərli bakteriyalar, mikroorqanizmlər… məqsədli şəkildə Azərbaycanın istənilən regionuna tərəf qovula bilər və yaxud hər an bunun istiqamətləndirilməsi mümkündür…

Araşdırmalarımıza görə, 2012-ci il avqustun 16-da, 2013-cü il sentyabrın 11-dən 12-nə keçən gecə Astaraya, Lənkərana, Masallıya, Cəlilabada, Biləsuvara… yağan san yağışdan çoxları xəbərsiz oldu. Küçə və meydanlarda, həyət-bacalarda, yarpaqların və gül kollarının üstündə köpüklənib qalmış sarı yağış damcılarına su üçün dimdiyini uzadan sərçələrin kütləvi qırılmasını, az yaşlı uşaqlarda qan zəhərlənmələrini, sümüyə işləyən yaraları unutmaq olmur, Sarı yağışdan sonra cənub zonasını göy öskürək, təngnəfəslik, qan təzyiqi, baş gicəllənməsi, psixoloji durumun pozulması… bir bəla olaraq başına götürdü. Regionda it, at və pişiklər arasında artım həddini aşdı. Nəticədə bütün bunlar boyu, çəkisi, forması… sürətlə dəyişən yırtıcı çöl pişiyinə bənzər itidımaqh iri pişiklərin, canavardan heç də geri qalmayan quduz itlərin, vəhşi atların… yaranmasına səbəb oldu. Masallı və Cəlilabad, İmişli zonalarında qırılmış quduz itlərin, at və pişiklərin basdırılması üçün xüsusi çalalar qazılmışdı. Lakin bu çalalar lazımi səviyyədə qazılmadığından, epidemioloji cəhətdən ölçülüb-biçilmədiyindən… bundan bir qədər sonra ətraf ərazilərdə infeksiya xəstəlikləri 2,5 dəfə artdı (yəni vərəm sindromu yarandı). Meşələrin, bağ-bağatın səthi daraldı. Eləcə də nəsillər arasındakı irsi dəyişikliyin bioloji qanunauyğunluqları- genetik prinsiplər pozuldu. Məsələn, Cəlilabadda eyni gündə anadan olan 17 uşağın 8-i kor və şikəst, Lerikdə isə 2012-ildə dünyaya gələn oğlan uşaqlarının 9-dan 6-sı ölü doğuldu. Astaranın Səncəradi kəndində eyni gündə 5 ana və uşaq birlikdə tələf oldu. Lənkəranın Səpnəkəran yaşayış məntəqəsində isə bir gündə (müxtəlif saatlarda) 19 ana körpəsinə süd verməyi dayandırdı… südü qurudu… Bütün bunlar sarı yağışdan sonrakı fəsadların kiçik bir arayışıdır.

Regiondakı sonrakı ağrılar daha dərin idi… Bütün bu sadaladığım fakt və rəqəmlər İran İslam Respublikasının Ərdəbil, Germi və Biləsuvar yaşayış məntəqələrində ölkə mikrobioloqlannın əldə ədikləri fakt və rəqəmlərin yekunu ilə bağlı hazırladıqları arayışdan götürülüb.

Bu arayış 2013-cü il fevarlm 3-də Təbrizdə keçirilən alimlərin yığıncağındakı hesabatlara daxil edilib. Ölkə mətbuatı isə bütün bunları şərh edib.

Haşiyə: Mikrobiologiya – gözlə çətin görünən orqanizmlər haqqında elmdir. Bu elm mikrobları öyrənir (morfologiya), həm də orqanizmdə gedən genetik dəyişkənliyi və artımı, kimyəvi tərkibi… (fiziologiya) araşdırır, tədqiq edir.

Virusologiya isə viruslar və viruslarla bağlı xəstəliklər haqqında elmdir. XIX əsrdən bu elm mikrobiologiyanın tərkibində onun bir bölməsi kimi öyrənilir. Hazırda 1500 adda xəstəlik törədə biləcək viruslar mövcuddur. Bioloji elm kimi virusologiya immunitet üçün vaksinlərin də hazırlanmasında fəaldır.

Toksikologiya isə bilavasitə orqanizmdəki zəhərlənmə prosesini araşdırır, orqanizmdə baş verən fiziki və kimyəvi dəyişkənliyi öyrənir.

Fikrimizcə, cənub zonasında baş verən təbiətdəki zəhərlənmələri, gedən dəyişkənliyi, patoloji və genetik pozuntuları bilavasitə həm mikrobioloqlar, həm virusoloqlar və toksikoloqlar ayn-ayrılıqda araşdırmalı, yekun qənaətə gəlməlidirlər. Bu isə olmadı. Nəticədə araşdırmalara görə, regionda döl naqisliyi və genetik zəhərlənmələrin yekunu kimi sonsuzluq hallan genişləndi, qadınlar arasında döş xərçənginin yeni sindromlan peyda oldu.

Məlumata görə, 2000-ci il martın 10-da və 2012-ci ilin aprelində Rusiya tərəfi ölüm saçan zəhərli qazı – “Noviçok” adh kimyəvi silahı Suçe poliqonunda sınaqdan çıxartdı (Kimyəvi silahların 13,6 faizi burada saxlanılır). Ondan bir qədər sonra, yəni həmin silah zəhərli qaz “Zarin+Zaman” adı ilə Ermənistana, Belorus və İrana satıldı Dağıstanın Qasımkənd və Rutul yaşayış ərazilərində isə qazların qorunması üçün iki anbar istifadəyə verildi. Vaşinqtondakı Henri Stimson mərkəzinin baş elmi işçisi Ami Stimson ABŞ Dövlət Departamentinə ünvanlanan rəsmi açıqlamasında göstərir: “…Ruslar heç vaxt bu silahları özləri məhv etməyəcəklər. Əksinə, onların yeni partiyaları meydana çıxacaq…” Çünki artıq Rusiya tərəfi Ermənistana. Belorusa və İrana ötürdükləri bu zəhərli qazla, Beynəlxalq Haaqa Agentliyinin 1993-cü ildə qəbul etdiyi kimyəvi silahlara qadağalar haqqında müqavilənin şərtlərini pozdular. Məlumata görə, bu gün RF ərazisində 24 müxtəlif zəhərli maddələr istehsal edən zavod var. Araşdırmalara görə, həmin zavodlardan biri artıq Dağıstan ərazisinə – Azərbaycanla sərhəd məntəqələrinə köçürülüb. 2012-ci ildə Dəşt-e Muğan ərazisində isə (İranın Azərbaycanla sərhəd məntəqəsi) rus mütəxəssislərinin köməyilə yeni dərman fabriki istifadəyə verildi.59 Avqustun 17- də isə Ermenistanın İcevan, noyabrın 19-da Berd yaşayış məntəqələrində (Azərbaycanla sərhəd zonası) rus mikrobları ilə birgə tədqiqat aparmaq üçün laboratoriyalar açıldı. Erməni mikrobioloqu, professor V.S.Gevandyan Moskva vilayətindəki mikrobiologiya üzrə tədqiqatlar laboratoriyasının (Ünvan: RF, Moskva vilayəti 601120. Pokrov şəhərindəki) filialını Berd yaşayış məntəqəsinə köçürür və Azərbaycanla sərhəd məntəqəsində yerləşən laboratoriyalarında “İnfeksiya prosesində qanda leykoz (qan xərçəngi) viruslarının olması” istiqamətində təcrübələrini aparır.

Araşdırmalarımıza görə, Berd yaşayış məntəqəsindən (Ermənistan ərazisindən) Azərbaycanın Tovuz-Qazax rayon ərazilərinə dəşt-e Muğan bölgəsindən (İran ərazisindən) Lənkəran-Astara zonasına, Dağıstan ərazisindən isə Balakən-Qusar istiqamətinə həcmi hələlik bu günədək bilinməyən, bizə məlum olmayan tərkibdə “Genetik zəhər” olan 14 adda zərərli tüstü ötürülür. RF-dəki Ekoloji Problemlər İnstitutunun professoru (Ünvan: REA. Moskva-117984) V.T.Petrosyan iddia edir: “…Ermənistanda nə qədər zəhər varsa, onun Azərbaycan ərazisinə ötürülməsi mexanizmini düşünmək və tapmaq lazımdır”. Tədqiqatçıların fikrincə, insan orqanizmində 10 mindən 15 minə qədər gen var. Onun da təqribən 11 faizi genetik materialdır. Texas Universitetinin gen üzrə tədqiqat qrupu – “Ceyron” tibb mərkəzinin başçısı, doktor Vudrinq Rayt hesab edir ki, əgər bu 11 faizin 0,1 faizinə zəhər düşərsə, onda orqanizmdə xərçəngin, yaman şişlərin əlamətləri görünər.

Araşdırmalarımıza görə, cənub bölgələrində (Lerikdən başlayaraq İmişli sərhəd zolağmadək) doktor Raytın nəzərdə tutduğu faiz göstərici həddini keçib. Məsələn, məlumata görə, Lerikin Çayrud kəndində doğulan uşaqların (əsasən oğlan uşaqlarının) çəkisi 2,15 kq, Yardımlının Şəfəqli kəndində doğulan uşaqların çəkisi 2,20 kq, Cəlilabadın Xanəgah kəndində doğulan uşaqların çəkisi 2,25 kq, Masallının Güllütəpə yaşayış ərazisində doğulan uşaqların çəkisi 2,28 kq olub. Bu da normadan xeyli aşağıdır. Bu barədə ərəbdilli genetik, doktor Mahmud Seyid Qasiminin  Tehranda genetiklərin yığıncağında söylədiyi materiallarda ətraflı bəhs olunur. Doktor İranın Azərbaycanla həmsərhəd bölgələrinin toksikoloji vəziyyətini araşdırmış və bunun İran ərazisinə təsirindən danışmışdır. Tehranda doktorun “Toksikoloji proseslərdən sonra” kitabı nəşr olunur. Halbuki doğulan uşağın normal çəkisi 2,97 kq və yaxud 3,46 kq olmalıdır. Bunun isə fəsadlarına fikir verin:bu prosesin nəticəsində doğulan uşaqların 40 faizi böyüdükdə böyrək xəstəliyinə tutulur. Əsgərlik yaşına çatarsa, bu adamlar hərbi xidmətə yararsız hesab olunur. Məlumata görə, Tennesi ştatının (ABŞ) Vanderbit Universitetinin “Məlumat kitabçaları”ndan birində MDB ölkələrində sağlainlıq və ətraf mühit məsələləri açıqlanır. Orada göstərilir ki, Tacikistan, Qırğızıstan, Azərbaycan… ərazilərində qızılçaya, boğaz ağrılarına, sepsisə tutulan uşaqların sayı durmadan artır. Regionlarda “nəzarətsiz zona”lar mövcuddur. Həmin zonalardan biri, araşdırmalarımıza görə, cənub zonasıdır. Bu zonada ildə təqribən 36 min uşaq bu xəstəliyə tutulur. Bunun da 11 mini ölümlə üzləşir. Bu isə çox sadə bir tərzdə baş verir. Qana hava, su, ərzaq vasitəsilə bakterioloji infeksiya keçir və orqanizmdə “çürüntü əmələ gətirən” kimyəvi reaksiya baş verir… nəticədə qan zəhərlənir.

Təbriz, Qorqan, Sənəndəc bölgələrində “Ekzotik silah növü” istiqamətində ciddi araşdırmalar aparılır.

Araşdırmalarımıza görə, təbiətdən istənilən regionda güc kimi istifadə etmək strateji planları hələ 1992-ci ildən ABŞ HHQ-nin zabitlər hazırlayan hərbi universitetinin “tədqiqatçılar qrupu” tərəfindən irəli sürülüb. O vaxt eks-prezident B.Klinton süni tufanların, güclü yağışların və yeraltı təkanların, dəniz qasırğalarının yaranması istiqamətində tədqiqatlar aparan professor, cənab Martin Benistonu (Friburq universiteti) qəbul edir. Ölkənin kəşfiyyat sənədlərində bu məsələ “Tam məxfi” qrifi altında öyrənilir. Nəticədə ABŞ HHQ-nin, HDQ-nin elmi-tədqiqat idarələri üçün “DADRA” adlı proqram hazırlanır. Alyaskanın cənub-şərqindəki Qakon hərbi bazasında (ABŞ) bu yönümdə 2000-ci ilin iyun ayından etibarən işlər yeni start götürdü və bu da kəşfiyyatın “NAARP” kodu ilə şifrələndi.Məlumata görə, bu kəşfiyyat sənədinin əsas elementi olan yüksək ötürücülü ionların tədqiqi (“İRİ”) üçün 180 ötürücüsü olan 22 metrlik antenalar qurulub. Bu antenalar 3,6meqavatt gücündə ionlar istiqamətində siqnal göndərilir.Bununla da hərbi tədqiqatçılar süni istiliyin dərəcəsini artırır və yaxud azaltmaq şansı əldə edirlər.

Məlumata görə, bu işləri “Filips” elmi-tədqiqat laboratoriyası (HDQ) üç istiqamətdə reallaşdırır:

  1. a) sualtı əlaqələrdə eksperiment aparılması (aşağı dərəcədə);
  2. b) süni peyklər vasitəsilə (yüksək dərəcədə);
  3. c) infraqırmızı şüalar vasitəsilə (optik dərəcədə).

ABŞ həbrçilərinin operativ analitik proqramında bu da qeyd olunur ki, bunun üçün 19 hərbi silah növü bu işlərə yararlı bilinib. Nəticələrdən biri də bu olub ki, kosmosdan iqlimi dəyişmək ehtimalı var…

2002-ci il iyun ayının 21-i. Bakı vaxtı ilə saat 21.00-da RF-nin cənub bölgələrində sürətli iqlim dəyişkənliyi qeydə alındı. Bu gün həmin məsələ təkrarlanır, cənablar. Üç gün ərzində cənub vilayətlərində son 100 ildə görünməyən daşqınlar, yağışlar, qasırğalar, güclü küləklər başladı. Su bəndləri dağılıb, töküldü. Yüz minlərlə adam evsiz-eşiksiz qaldı. Kütləvi qan zəhərlənmələri, ölüm halları, infeksion xəstəlikləri artdı. Əhali arasında depressiya,

psixoloji gərginlik… çoxaldı. Kanadalı alimlərlə görüşündən qayıdan V.Putin isə hava limanında qeyd edir:

“…Snaçala nado razobratsya priçina…” Yəni prezident baş verənləri heç də təbii fəlakət kimi qəbul etmir. Bu da mümkündür ki, RF-nin cənub sulan üzü Balakən-Qusar istiqamətində yönəldilsin. Buna isə hazır olmaq lazımdır…

Cənub sərhədlərində məskunlaşan İran hərbçiləri kanadalı fizik Stiven Qayetm”İqlimi dəyişmək üçün okeanlardan başlamaq lazımdır” fikri üzərində baş sındırırlar. İran alimləri bunu okeanlardan deyil, gur dağ çaylarından və göllərdən başlamağı daha zəruri sayırlar və “Təbiət hərbi gücü əvəz edə biləcək faktor kimi” adlı strateji proqramını reallaşdırmağa çalışırlar. Proqrama görə, ölkə ona tuşlanmış ballistik raketlərə qarşı sipər yarada bilər. Həmçinin atmosferin kimyəvi strukturunu dəyişməklə, düşmən üçün iqlimi pisləşdirmək olar. Digər tərəfdən, hərbi məqsədlər üçün nəzərdə tutulmuş adamların hərəkətlərinə, ağıl və düşüncələrinə təsir etmək mümkündür. Bu vasitə ilə lazım olan regionda demoqrafik mühiti dağıtmaq asandır. Xəstəliklərin yayılması, ölüm hallarının artması, depressiyalar… bütün bunlar asan başa gəlir.

Bütün bunlar haqqında Kərəcdə (İran) yerləşən “Kənd təsərrüfatı və tibb elmi üçün nüvə araşdırmalar mərkəzi”ndə keçirilən elmi yığıncaqda doktor Cəlali adh birisi məlumat verib.

Kəşfiyyatın Azərbaycan istiqamətində qurulan bu proqramı ölkənin “Milli təhlükəsizlik konsepsiyası” çərçivəsində görülür və bir fazadan başqa birinə keçdikcə təkmilləşir. Ərzaq vasitəsilə aparılan sınaq təcrübələri Lerik – İmişli ərazilərində kütləvi hal alır.

Məlumata görə, cənub bölgəsində bu gün ən çox yayılan sindromlardan biri “Kosten sindromu”dur və bunun da ilkin mənbəyi əraziyə daşınan xarici ərzaq məhsulları və İranda (əsasən, Təbrizdə), Türkiyədə (İstanbulda) istehsal olunan müxtəlif rəngli saqqızlardır. Çünki “Kosten sindromu” bilavasitə gicgah-çənə oynağının xəstəliklərini əhatə edir.

Nəticədə gicgahlarda, qulaq və qulaq ətrafında ağrılar, başgicəllənməsi, eşitmənin zəifləməsi, ağızda quruluq, boğazda, burunda, dildə yaraların əmələ gəlməsi… adi hala çevrilir. Alimlər bunu da ayırd ediblər ki, vaxtı keçmiş saqqızlara sınaq üçün qatılmış əlavə kimyəvi preparatlar çeynəmə vaxtı ilkin olaraq, süd vəziləri tərəfindən sovrulur. Digər tərəfdən, çeynəmə əzələlərinin hərəkət koordinasiyası pozulur…

Lənkəran ərazisində qəbiristanlıqların sayı son on ildə üç dəfə artıb. Məsələn, rayonun Göyşaban, Viravul, Siyavar… kəndlərində, eləcə də “Böyük bazar” və “Kiçik bazar” ərazilərində ölüm halları 4,5 dəfə çoxaldığından əlavə qəbiristanlıqlar salınıb. Yaxud Cəlilabadın Hasallı ərazisindəki dəyirmanı söküb, yerində əlavə qəbiristanlıq saldılar. Artıq məlumata görə, Yardımlının Bozayrandakı, Lerikin Pirasoradakı, Masallının Bədalandakı, Biləsuvann İsmətlidəki, İmişlinin Cəfərlidəki… uçurulmuş mədəniyyət obyektlərinin yerində qəbiristanlıqlar sahnıb. Bir qisim kəndlər də var ki, ərazisində nə məktəbi var, nə tibb məntəqəsi… amma qəbiristanlığı var… Vaxtilə peyğəmbər (s.ə.) buyururdu: “…Gördün ki, o yerdə həkim yoxdur, orada yaşama. Gördün ki, elm üçün bir bina yoxdur, ora girmə…”

Məlumata görə, dəfn olunanların yaş həddi də əsasən, 35-50 arası olub. Məsələn, təkcə iyun, iyul ayları arasında Biləsuvarın Xırmandalı kəndində qadınların 10 nəfəri döş xərçəngindən vəfat edib. Bu rəqəm, araşdırdırmalarımıza görə, İmişli rayon ərazisində (həmin aylarda) 48 nəfərə çatıb.

Məlumata görə ilin altı ayı ərzində Cəlilabaddan 93, Astaradan 28, Masallıdan 49 nəfər… qadın (əsasən, azyaşlı uşağı olanlar) döş xərçəngindən əziyyət çəkdikləri üçün kimisi Bakıya, kimisi də RF-yə, Gürcüstana, İrana… üz tutub. Ağır sarsıntı və psixoloji əzablar keçirən qadınların üst-üstə 64 nəfəri klinikalardan qayıtdıqdan sonra, kimisi üç gün, kimisi də bir həftə yaşaya bilib.

Müəyyən edilib ki, son 30 ildə dünyada hər ilbır milyon 750 min nəfər qadın-ana döşlərindəki xərçəng xəstəliyindən məhv olub gedir. Məsələn, Özbəkistanın, Tacikistanın, Qırğızıstanın… üç kəndində bu məsələ ciddiləşdikdən və kütləviləşdikdən sonra “Ölüm zonası” elan edilib. Südəmər körpəsi olan qadınların, ümumən analanü məhv olması nəticəsində həmin ərazilərdə 14 nəsil öz “həqiqi genini” itirib.

Məsələn, Kanadanın Oktario əyalətindəki Kinqston şəhərində “Döşdəki xərçəng” mövzusunda keçirpən Ümumdünya Konqresində bu məsələ geniş müzakirə olundu. Burada 650 nəfəri birləşdirən bioloqlar, kimyaçıli lar kontingenti iştirak edirdi. Sasko göstərir ki, bu məsələ Azərbaycan regionlarının sərhəd zolaqlarında özünü daha kəskin göstərir. Məsələn, məlumata görə, Azərbaycana Ərəb ölkələrindən, İran və Türkiyədən, Pakistandan və Hindistandan gətirilən ərzaq məhsullarının, kimyəvi preparatların 78,3 faizi dövlətdən kənar, heç bir qeydiyyatı olmayan, saxta sənədlərlə (bəziləri məqsədli şəkildə) fəaliyyət göstərən, ayn-ayn şəxslərə məxsusdur. Digər bir məlumatda isə göstərilir ki, tutalım, Suriya ərazisində Azərbaycana istiqamətləndirilmiş (yəni bilavasitə tacirlərlə əlaqələr quran) 84 erməni müəssisəsi var. Təkcə Qahirədə (Misir) 28 erməni mərkəzinin istehlakçıları bu işlə məşğul olur. Dubay və Ər-Riyada düşən azərbaycanlı qadınlar isə bilavasitə dövlət nəzarətindən kənar iş görən, amma dolayısı yollarla həmin dövlətlərin siyasətlərinə xidmət edən, erməni əsilli “Ləyya”, “Haren”, “Sutt” əxlaqsız mərkəzlərinin girovuna çevrilirlər. Bu mərkəzlərə düşən azərbaycanlı qadınların və qızların üzərində müəyyən xəstəliklərin vaksinləri də sınaqdan çıxarılır.

Bu təbiidir, çünki dünyanın neft bazarında Azərbaycanı görmək istəməyən bir sıra ərəb ölkələrinin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin, Küveytin, Səudiyyə Ərəbistanının… kəşfiyyat planlarında Azərbaycanın parçalanması, millətin millət kimi sıradan çıxması… genefondun məhv edilməsi məsələsi var.

Araşdırmalar zamanı belə bir fakt da əldə etdik. Məsələn, fars “Genetiklər qrupu”nun altı üzvü Cəlilabadın Kövüzbulaq, Masallının Şərəfə, Lənkəranın Vilvan yaşayış məntəqələrində əhali arasında (əsasən 25-30 yaş həddi) “huşsuzluq və yaddaşsızlıq” prinsipləri çərçivəsində sınaq işi aparıblar. Məlum olub ki, Kövüzbulaq əhalisi arasında huşsuzluq və yaddaşsızlıq        2,5 dəfə artıb. Şərəfə ərazisində bu rəqəm 3 dəfə, Vilvan bölgəsində isə 2 dəfə olub. Avqust ayında “Xəzər” (Gilan) jurnalına müsahibə verən mikrobioloq Şəbüstəri qeyd edir ki, bu iş dörd ildir aparılır. Məqsəd də İran və Azərbaycan kəndləri arasındakı müqayisəni araşdırmaq. Nə üçün? Görən, cənub bölgəsində insanları küt və ağılsız, huşsuz və yaddaşsız görmək üçün daha hansı vaksinlər sınaqdan çıxarılıb? Bu istiqamətdə, eləcə də gələn həkim qruplarının mənşəyi və soyadı haqqında da ilkin məlumatları artıq əldə edirik…

…Süd vəziləri bioloji aspektdən yeni doğulmuşların qidalandırılması üçün süd ifraz edən cüt orqan olmaqla bərabər qadınlıq rəmzlərindən biri sayılır. Ona görə də süd vəzilərinin (döşlərin kəsilib atılması – R.N.) itirilməsi qadının psixi və emosional sferasında dərin dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Belə ki, erkən yaşlarda süd vəzilərinin nahiyəsində olan dərin yaralar və onların əmələ gətirdiyi çapıqlar çox sonralar ana olacaq qızlarda süd vəzilərinin inkişafdan qalmasına, onların anatomic-funksional pozğunluğuna səbəb olur. Belə qızlar çox iztirab çəkir, öz həmyaşıdlarından kənar gəzməyə, özlərində olan qüsurları gizlətməyə çalışır, ümumiyyətlə, cəmiyyətdə özlərini natamam bir şəxsiyyət kimi hiss etməyə başlayırlar. Bəzən isə bu qüsurlar, yəni süd vəzilərinin deformasiyaları bu qızlarda normal həyat ritminin pozulması, hətta psixozların əmələ gəlməsinə səbəb olur. Bu isə belə hallara təkcə bioloji aspektdən deyil, həm də psixoloji və sosial aspektdən yanaşılmasını tələb edir”…

Bu bəlaya düçar olan qadınların bir qismi psixoloji gərginliyə dözmədiklərindən özlərini intihar ediblər. Məsələn, Lənkəranda 16 qadın buna görə intihar edib. Bu rəqəm İmişlidə 12, Lerikdə 6, Cəlilabadda 9… nəfər olub.

Cənub bölgələrini bürümüş xərçəngin bu sindromu haqqında hələlik müfəssəl bir “səhiyyə arayışı” və yaxud analitik proqram yoxdur. Regionda irsi dəyişkənlik nəticəsində Lənkəranda, Biləsuvarda, Lerik və İmişlidə hemofiliya deyilən psixi sarsıntılara, habelə baş-beyin hüceyrələrinin zəiflənməsinə gətirib çıxaran xəstəliklərin artması da nəzərdən qaçmalıdır. Regionda bu xəstələrə münasibətin genetikası, patogenezi, etimologiya və diaqnostikası, müalicəsi, genoprofilaktika məsələləri hələlik tam mənada araşdırılmamış qalır. Nəticədə Biləsuvar ərazisindən 2000-ci və 2001-ci illər arasında RF-nin Moskva, Samara şəhərlərindəki əsəb dispanserlərinə müalicə üçün 38 nəfər gedib. Lerik (16 nəfər) və İmişlidən (21 nəfər), Masallı (12 nəfər) və Cəlilabaddan (9 nəfər) həmin illərdə Rostov, Petroqrad, Sankt-Peterburq, Novqorod… əsəb xəstəlikləri mərkəzlərində müalicə kursu keçiblər. Digər tərəfdən, məlumata görə, bölgədə əsasən, ilk övladım dünyaya gətirən qadınların hər dörd nəfərdən ikisində kəskin böyrək, ağciyər və ürək çatışmazlığı nəticəsində septiki şoklar baş verir. Respublika Dövlət həkimləri Təkmilləşdirmə İnstitutunun tədqiqatçıları (R.Hacıyev, F.Ağayev) açıqlama verirlər ki, əgər septiki şok bir orqanın çatışmazlığı ilə müşayiət olunursa, onda ölüm həddi 30,4 faiz, iki orqanm çatışmazlığında 54,5 faiz, üç orqanın çatışmazlığında isə 100 faiz olur.

Araşdırmalarımıza görə, son iki ildə Astaradan anasını erkən itirmiş 11 uşaq (3-4 yaş həddi) İran ərazisinə keçirilib və orda müxtəlif qiymətlərə əcnəbilərə satıhb. İran mətbuatı bu barədə həbs olunan adamlar üçün məhkəmə də qurub. İyul nömrəsində “İran” qəzeti yazır: “…Azərbaycanla sərhəddə görünən adamların bir qismi uşaq alqı-satqısında tanmırlar. İran tərəfdə onlar həbs olunub… Aprel ayının 21-də Tehran məhkəməsində bu işlə bağlı məsələyə baxıldı. (İşi Təbrizdən gətirmişdilər). Dörd nəfər vasitəçilik edən İran vətəndaşı həbs olundu…Məsələnin mahiyyəti açılmasa da, məntiqi cəhətdən hər şey bizə aydındır…

Cənub bölgəsində genefondda dəyişmə prosesi gedir və bu prosesin ağrıh nəticələr doğuracağı isə şübhəsizdir…

Nəzərinizə, fikrimcə, hələlik analoqu olmayan bir eksperimentin nəticələrini çatdıraq. Məsələn, İmişli və Biləsuvarın yaşayış məntəqələrində 2001-ci ilin fevral-mart aylarında Bakıdakı onkoloji mərkəzlərə müraciət edən 16 qadından 8-nin adı Həcər, 8-nin adı isə Nigar olub… Görünür, burda hansısa bir qanunauyğunluq var. Bir döşünü itirmiş nigarlar və yaxud həcərlər… koroğlular, nəhilər… yetirə bilərmi?

Amerikanın “Ətraf mühitin və sağlamlığın problemlərilə məşğul olan” hökumət İnstitutunun direktoru, MDB ölkələrini gəzən, professor cənab Kennet Olden acı bir təəssüratla xəbərdarlıq edir: “…Tələsin! Sabahkı gələcək millətinizin sağlam genlərini indidən çürütməyin. Bu mənim iyirmi illik təcrübəmin nəticəsidir. Tələsin”. Azərbaycan onu dövrələyən bütün sərhəd zolaqlarından hələ ki, zəhərə tutulur. Sərhəd bölgələrimizin həm ruslar, həm farslar, həm ermənilər və həm də gürcülər tərəfindən… təcrübə zonasına çevrilməsinə gəlincə, bu barədə ən azı ciddi bir konsepsiya haqqında düşünülməlidir.

Ruhi xəstələrə isə mesajım var: “Çıxın gedin, qoy bu millət, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz dincəlsin, rahat nəfəs alsın…”

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

Share: