“ROOF Academic Training” 5 yaşında — Video

Avqustun 28-də xaricdə təhsil və ingilis dili üzrə ixtisaslaşmış “ROOF Academic Training” (ROOF AT) təhsil şirkətinin 5 illik yubileyi qeyd edilib.

Müstəqil.Az bildirir ki, bu barədə “Qafqazinfo”ya təhsil şirkətindən məlumat verilib.

“Fəaliyyət göstərdiyimiz beş il ərzində sevinc yaşatdıq və sevindik, tələbələrimiz uğur qazandı və uğurlu olduq. Ən əsası isə, səmimi bir mühit yaratdıq və komandamız, tələbələrimiz və valideynlər ilə üzvləri dünyanın dörd bir yanında olan geniş bir ailə olduq”, – şirkətin Instagram hesabında qeyd olunub.

“Baku Marriott Hotel Boulevard”da keçirilən tədbirdə rəsmi dövlət nümayəndələri, tərəfdaşlar və digər qonaqlar iştirak etmişdir. Tədbirin rəsmi hissəsi dövlət nümayəndələrinin, şirkət rəhbərliyinin çıxışı ilə başlayıb, əməkdaşların mükafatlandırılma mərasimi ilə davam etmişdir. Daha sonra musiqili bədii şou proqramı ilə ikinci hissə yekunlaşmışdır.

Məlumat üçün bildirək ki, “ROOF Academic Training” 2017-ci ildən fəaliyyətə başlayıb və ingilis dili, riyaziyyat, startap, beynəlxalq imtahanlara (“Cambridge English”, SAT, IELTS, TOEFL, “Duolingo”) hazırlıq, mentor dəstəyi, roadmap xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış təhsil şirkəti olub gənclərə məktəb və universitet illərində yol xəritəsinin hazırlanmasına dəstək olur.

“ROOF Academic Training” tələbələrinə daim yüksək xidmət göstərmək üçün həm beynəlxalq həm də yerli şirkət və qurumlarla partnyorluq edir və yüksək potensiala malik gənclərimizin dünyanın müxtəlif ölkələrində, ən reytinqli universitetlərdə ən yaxşı təhsil almaları üçün çalışır.

Şirkət fəaliyyət göstərdiyi 5 illik müddətdə dünyanın ən yaxşı 100 universitetinə 150-dən çox, ümumilikdə isə, dünyanın 5 qitəsində, 35 ölkədə yüzlərlə tələbənin müxtəlif xarici universitetlərə qəbul olmasına dəstək olub.

Hazırda ROOF tələbələri MIT, “UPenn”, “Georgia Tech”, UBC, “Toronto”, “McGill”, UCL, “London School of Economics”, “Warwick”, “Technical University of Munich”, “KU Leuven”, “Polytechnic University of Milan”, “Lund”, “Nanyang”, KAIST kimi dünya reytinq sıralamasında ən yüksək pillələrdə qərarlaşan universitetlərdə təhsillərini davam etdirirlər.

“Roof Academic Training” şirkətinin keyfiyyətini rəqəmlər müəyyənləşdirir. IELTS üzrə ortalamanın 7.5, SAT imtahanı üzrə ortalamanın isə 1400 olması bunu bir daha sübut edir.

Son 3 ildə ölkəmizdən dünya reytinq sıralamasında ilk pillədə dayanan MIT-ə bakalavr pilləsinə qəbul olmuş hər iki tələbə ROOF tələbəsidir.

Həmçinin nəzərinizə çatdıraq ki, 2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində ilk il üzrə seçilmiş namizədlərdən 40 nəfərdən çoxu ROOF-un bir və ya bir neçə xidmətindən yararlanıb.

Müstəqil.Az

Share: