Ronaldunun peşəkar karyerasını başladığı kluba qayıdacağı gözlənilir

Kriştianu Ronaldu karyerasını Lissabonun “Sportinq” klubunda davam etdirə bilər.

Mənbə iddia edir ki, ulduz futbolçunun agenti Xorxe Mendeş Portuqaliya klubunun rəhbərliyi ilə danışıqlar aparıb.

“Sportinq” 2021-2022-ci il mövsümündə Portuqaliya çempionatında ikinci yeri tutduğundan klub Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Ronaldunun əsas hədəflərindən biri də məhz sözügedən turnirdə iştirak etmək olduğundan, “Sportinq” 37 yaşlı futbolçunun bu arzusunu reallaşdıra bilər.

Məlumat üçün əlavə edək ki, Kriştianu Ronaldu peşəkar karyerasını məhz “Sportinq”də başlayıb.

Mənbə: The Athletic

 

Share: