Ronaldonun debüt tarixi açıqlandı

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi tarix müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “L’Equipe” nəşri məlumat yayıb.  

Onun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

O vaxta qədər portuqaliyalı hücumçuya İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq.

Ronaldo daha əvvəl 2023-cü ildə “Əl Nəsr”in ilk matçını buraxmışdı. 


Share: