Ronaldo Pelenin rekordunu yenilədi, amma..

Portuqaliyalı futbolçu Kristiano Ronaldo yeni rekorda imza atıb.

Müstəqil.Az xəbər verir ki, futbol ulduzu İtaliya çempionatının 15-ci turunda “Udineze” ilə keçirilən oyunda dubl edib.

Rəsmi matçlarda 758-ci qolunu vuran futbolçu bununla da əfsanəvi braziliyalı Peleni geridə qoyub.

Pele 812 görüşdə 757 dəfə fərqlənsə də, Ronaldo bu göstəricini 1032 oyuna keçə bilib.

Müstəqil.Az

Share: