Ronaldo oyundan sonra paylaşım etdi

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo PSJ ilə yoldaşlıq oyunundan sonra matç barədə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

“Meydana qayıtdığım və qollar vurduğum üçün çox xoşbəxtəm! Köhnə dostları görmək çox xoş idi!”, – deyə paylaşımda qeyd edib.

Xatırladaq ki, 37 yaşlı portuqaliyalı hücumçu Paris təmsilçisi ilə görüşdə 2 qol vurub və matçın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Ər-Riyaddakı “Kral Fəhd” stadionunda keçirilən görüş PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Messi 1, Ronaldo 2 qol vurub. 


Share: