Roma Papası Rusiyanın və Ukraynanın siyasi rəhbərliyinə müraciət ünvanlayıb

Roma Papası Fransisk ənənəvi bazar günü duası zamanı Rusiyanın və Ukraynanın siyasi rəhbərliyinə müraciət edib.

O, tərəfləri bir-birini bağışlamağa və danışıqlar masasına oturmağa çağırıb.

Pontifik qeyd edib ki, xristian dininin fəziləti qarşılıqlı bağışlama və insan həyatının qorunmasına xidmətdən ibarətdir.

Mənbə: RİA Novosti

Share: